“Neftçi”nin futbolçusu millinin heyətindən çıxarıldı
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Daha əvvəl “Neftçi”dən dəvət edilən Fərid Yusiflinin əvəzinə İbrahim Novruzov (“Keşlə”) toplanışa çağırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin