“Qəbələ”nin futbolçusu millinin toplanışından azad olundu
Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qəbələ”nin əsas qapıçısı Anar Nəzirov zədələndiyinə görə, klubun müraciəti əsasında Müşviq Nadirov U-19-un toplanışından azad edilib. Onun əvəzinə hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət olunub.
Yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq U-19 hazırlığını yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində davam etdirəcək. Hazırlıq müddətində yığma yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin