Bakıda səhhəti pisləşən əcnəbi idmançının durumuna aydınlıq gəldi

Avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasında iştirak üçün Azərbaycana gələn Şimali Makedoniya yığma komandasının üzvü Aleksey Çakareski uzun səfərdən sonra ötən gün özünü narahat hiss edib.

Komanda.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb.

Federasiyadan verilən məlumata görə, idmançı həkim müayinəsindən keçib. Hazırda onun səhhətində hər hansı bir problem yoxdur, özünü yaxşı hiss edir. Aleksey Çakareski komandası ilə birlikdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button