Bakıda “Rizin” turniri keçiriləcək

Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti “Rizin” Bakıya gəlir.

Komanda.az xəbər verir ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışın ilk qarşılaşması noyabrın 4-də olacaq.

Bu münasibətlə sentyabrın 14-də mətbuat konfransı baş tutacaq. Tədbirdə Rizin Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara içtirak edəcək. Həmçinin Azərbaycan döyüşçülərinin rəqibləri açıqlanacaq.

“Landmark 7”də Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov və Tural Rəhimov iştirak edəcəklər. Mətbuat konfransında döyüşün biletlərinin satışa çıxarılması elan ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button