Bakıda “quşu gözündən vuran” kimlər oldu?
Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən dünya kuboku çərçivəsində bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib.
Komanda.az xəbər verir ki, Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə qazanıb.
Eyni növ üzrə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 hesabı ilə geridə qoyub və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.
Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb.
Dünya kuboku yarışları iyunun 7-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin