“Bakıda “Qarabağ”a qalib gəlmək istəyirik”

Şimali Makedoniyanın “Şkendiya” komandasının yarımmüdafiəçisi Kamer Qaka UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çətin oyun olacaq. Təəssüf ki, ilk matçda istədiyimiz nəticəni əldə edə bilmədik. Əvvəlki qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalıçacağıq. Bakıda “Qarabağ”a qalib gəlmək istəyirik”.

“Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə Azərbaycan çempionu üstün olub – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button