“Bakıda qələbə qazanmaq istəyirik”

Futbol üzrə Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibə hörmətlə yanaşırıq. Amma biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik. Azərbaycan seçməsi yaxşı müdafiə olunan və topla rəftar etməyi bacaran komandadır. Onlar texniki cəhətdən də yaxşıdırlar. Bizdə isə baş məşqçi istifası olub. Bu, asan vəziyyət deyil. Amma peşəkarıq, mövcud durumu idarə etməliyik. Sabahkı oyuna köklənməli, özümüzə inanmalıyıq və qarşımıza qoyulan məqsədə doğru irəliləməliyik”.

Sabah “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button