
“Bakıda oynamaq elə də çətin deyil” – Paypers
Qazaxıstan yığmasının keçmiş baş məşqçisi Arno Paypers Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur oyunu ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər vərir ki, niderlandlı mütəxəssis qələbə qazanmaq üçün yaxşı şans olduğunu deyib:
“Görək, qrupun son matçında nə baş verəcək. Rəqib normal komandadır. Bununla belə, Bakıda oynamaq elə də çətin deyil.
Qazaxıstan qrupda heyrətamiz nəticə göstərib. Deməli, səfərdə 1:1 hesablı heç-heçə normal olmalıdır”.
Paypers 2005-2008-ci illərdə Qazaxıstan millisinə rəhbərlik edib.
Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin