
Bakıda məşqçi kursu keçiriləcək
AFFA tərəfindən Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir fevralın 5-8-i aralığında baş tutacaq.
Beş moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərində təşkil olunacaq.
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin