“Bakıda keçiriləcək oyunda hər şey ola bilər” – Qazaxıstanlı qapıçı
“Bakıdakı oyunda hər şey ola bilər”.
Komanda.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının qapıçısı İqor Şatski Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur oyunu barədə danışarkən deyib.
33 yaşlı qolkiper matça sakit çıxacaqlarını söyləyib:
“Hansı nəticənin qeydə alınacağını bilmirəm. Bu, futboldur. Nəyin necə olacağını zaman göstərəcək. Yaşayarıq, görərik”.
Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin