Bakıda keçirilən Millətlər Liqasında daha iki oyun baş tutdu

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutub.

Komanda.az xəbər verir ki, İsrail yığması Ukraynanı 2:0 hesabı ilə üstələyib.

Niderland millisi isə Belçika üzərində böyükhesablı qələbəyə sevinib – 5:0.

Turnirin açılış matçında Azərbaycan yığması Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi.

Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millilərinin mübarizə apardığı C qrupunun oyunlarına oktyabrın 19-da yekun vurulacaq. Qrupun bütün oyunları “Bayıl Arena”da keçirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button