Bakıdakı 2 turnirlə bağlı qərar verildi

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan aerobika üzrə dünya çempionatının yeni tarixi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda keçirilməsi planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Qurum pandemiya səbəbiylə təxirə salınan bütün turnirlərin 2021-ci ilin yayında keçiriləcəyini bildirib.

Aerobika üzrə dünya çempionatının 14-16 may tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulmuşdu.

Bundan başqa, martın 12-də Bakıda başlayan, amma eyni səbəblə martın 13-də dayandırılan idman gimnastikası yarışı barədə də qərar verilib. Federasiya, yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xallarının veriləcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button