
Bakıda keçiriləcək – Bədii gimnastika üzrə dünya çempionatı
2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.
Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
Yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin