Bakıda keçirilən dünya çempionatında hokkey hesabı qeydə alınıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün beşinci matçında Slovakiya Hindistanla üz-üzə gəlib. Qarşılaşma slovakların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl İngiltərə Ukraynanı (4:0), Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan – Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button