Bakıda keçiriləcək dünya kubokuna satılmış biletlərin sayı açıqlanıb
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku üçün indiyədək satılmış biletlər açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı açıqlama verib.
Onun sözlərinə görə, hazırda biletlərin 25 faizi satılıb.
Federasiya rəsmisi satışda 1100 bilet qaldığını deyib. O, həmçinin qeyd edib ki, onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür:
“Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış olacaq”.
Dünya kuboku 5-6 noyabrda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin