Bakıda keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirildi

Avropa Gimnastikasının təşkilatçılığı ilə bu il ölkəmizdə bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.

Komanda.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək.

Kubokda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button