
Bakıda bəzi yerlərdə hərəkət məhdudlaşdırılacaq – Formula 1-ə görə
24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.
Komanda.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət Formula 1 Azərbaycan qran-prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.
13-15 sentyabr tarixlərində Bakıda Formula 1 Azərbaycan qran-prisi 2024 baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin