“Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik” – Şenol Günəş
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AÇ-2020 ilə bağlı açıqlama verib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, turnirlə bağlı keçirilən mətbuat konfransında danışan mütəxəssis, bunları deyib:
“Qarşılaşacağımız komandaları təhlil etmək şansımız olub. Qrupda uğurlu çıxış edəcəyimizi düşünürəm. Bakıya və Romaya gedib, təlim-məşq toplanışları üçü məkanlar seçməliyik. Qrupda iki həlledici oyunumuz olacaq. İtaliya ilə oyunlarda isə məğlub da ola bilərik.
Oyunların Bakıda keçirilməsinə gəlincə, biz bu ölkəylə iç-içəyik. Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”.
Türkiyə millisi A qrupunda İtaliya, İsveçrə və Uelslə birlikdə mübarizə aparacaq. Millinin İsveçrə və Uelslə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin