Bakıda Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib
Bakıda təşkil edilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos iştirak ediblər.
İlk olaraq bədii hissədə “Talant şou” rəqs qrupunun çıxışı olub.
Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra Namiq Əliyev çıxış edib. O, tədbir iştirakçılarını salamlayıb və idmançılara uğurlar arzulayıb.
Teodoros Hamakos idmançılar, rəsmi şəxslər və məşqçiləri salamlayıb. O, yarışa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürlərini çatdırıb.
Daha sonra yunan-Roma güləşində yarımfinal mərhələsi başlayıb.
Xatırladaq ki, yarışda hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Bu gün start götürən turnir aprelin 7-də başa çatacaq.
Bizi Facebook-da izləyin