“Bakı “Spartak” üçün yaxşı variantdır” – keçmiş futbolçu
“Bakı “Spartak” üçün yaxşı variantdır. Uzağa üçmaq lazım gəlməyəcək. Həmçinin orda Moskva klubunu sevən çoxlu ləyaqətli insan var”.
Komanda.az xəbər verir kj, bu sözləri “Spartak”ın keçmiş qapıçısı Anzor Kavazaşvili “Sport-ekspress” qəzetinə açıqlamasında bildirib.
Sabiq futbolçu deyib ki, görünür, “Spartak” oyunun Bakıda keçirilməsi üçün AFFA ilə razılığa gəlib:
“Leyptsiq”lə UEFA nümayəndəsi danışacaq. Alman klubu bu təklifi qəbul etməyə də bilər. Yekun qərarı gözləməliyik. UEFA “Spartak”ın qərarı ilə razılaşmalıdır. Çünki bizim təyyarələri Avropaya buraxmırlar. Mən oyunun Gürcüstanda, Batumidə keçirilməsini təklif etdim. Həmin şəhərin fəxri vətəndaşıyam. Orda əla stadion var. Təşkilatçılıq işində köməyimi təklif etmişəm”.
Avroliqanın 1/8 final mərhələsində “Spartak” martın 10-da “Leyptsiq”lə (Almaniya) səfərdə görüşəcək. UEFA-nın qərarına əsasən, cavab matçı martın 17-də neytral meydanda olacaq. Moskva klubu oyunun Bakıda keçirilməsini təklif edib.
Bizi Facebook-da izləyin