Bakı Olimpiya Stadionundakı VAR mərkəzi yeni ilədək fəaliyyətini dayandırıb

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

2024/2025-ci illər mövsümü üzrə Azərbaycan kuboku və Premyer Liqa çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

AFFA ötən mövsümlərdə olduğu kimi, Premyer Liqanın və Azərbaycan kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button