
BOS İtaliyanın rəngləri ilə işıqlandırıldı FOTO
Bakı Olimpiya Stadionu (BOS) Avropa çempionu olan İtaliya milli komandasının rəngləri ilə işıqlandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə BOS-un mətbuat xidməti məlumat yayıb. Stadion dünən gecə İtaliya yığmasının AÇ-2020-nin qalibi olması münasibətilə yaşıl, ağ və qırmızı rəngə boyanıb.
Bakı Olimpiya Stadionu AÇ-2020-nin A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçına ev sahibliyi edib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin