Bağırov: “Heyətimiz elə də geniş deyil”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq. Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq, yükləmələri daha çox götürməsi vacib idi. Bilirsiz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü. Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi. Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi”.

Bağırov yanvarın ilk günlərindən komandanın bir yerə yığışdığını və məşqlərə başladıqlarını xatırladıb:

“Hazırlıq prosesində qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq. Şükürlər olsun ki, zədəsiz şəkildə məşqləri davam etdiririk. Ən vacib məqamlardan biri budur. Uşaqların məşqlərdə göstərdikləri performans xoşuma gəlir. Səylə çalışırlar. Bu formada davam edirik. Yanvarın 13-nə kimi bəzi fiziki yükləmələri bitirəcəyik. Çempionat oyununa bir həftə qalmış komanda hazır olmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button