Badminton: Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Avropa Badminton Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Federasiyanın prezidenti Sven Serre bu qərarda Azərbaycanda badminton tədbirlərinin yüksək səviyyədə təşkil olunmasının mühüm rol oynadığını açıqlayıb:

“Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız həmişə məhsuldar olub. Onların mükəmməlliyə həvəsi yüksək səviyyədə ev sahibi olmalarına səbəb olur. Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi turniri gözləyən Bakıya, Azərbaycana qayıtmaqdan məmnunuq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button