Poser Messini necə sağaldıb? FOTO
Lionel Messinin 2014-cü ildə Argentina və Rumıniya komandaları arasında keçirilən yoxlama matçında özünü pis hiss edərək meydana qaytarması futbol dünyasında böyük marağa səbəb olmuşdu.
Komanda.az xəbər verir ki, həmin ərəfələrdə “Barselona”nın “Deportivo” klubuyla qarşılaşdığı matçda da eyni hal baş vermişdi. Son zamanlarda bu halın təkrarlanmamasının səbəbi ortaya çıxıb.
Belə ki, Messi bununla bağlı İtaliyada Juliano Poser adlı həkimə müraciət edib. Bundan sonra isə argentinalı futbolçunun həyat tərzi dəyişib.
Poserin Messini “bach” adı çiçək və fiziki müayinələrlə sağaltdığı ortaya çıxıb.
Poserin Messi üçün xüsusi dieta proqramı hazırladığı və pizza, donuz əti, qabıqlı dəniz məhsulları, qazlı içkilərdən istifadəni qadağan etdiyi bildirilib.
Dieta proqramından sonra Messi 3 kilo arıqlayıb və 2014/15 mövsümündə 58 qol vurmağı bacarıb.
Poserə Paulo Dibala və Qonsalo İquayn da müraciət etmişdi.
Bizi Facebook-da izləyin