Sabiq futbolçu DÇ-94-dəki dözülməz istidən danışdı

İtaliya millisinin sabiq futbolçusu Roberto Bacco 1994-cü ildə ABŞ-da keçirilmiş futbol üzrə dünya çempionatındakı hava şəraiti ilə bağlı fikirlərini bölüşüb.

Həmin çempionat ABŞ-ın 9 şəhərində baş tutmuşdu və oyunların böyük hissəsi yüksək temperatur şəraitində keçirilmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün çempionatın dözülməz istilərin təsiri altında keçdiyini bildirib:

“Yalnız bizim oyunlarımız yox, bütün çempionat dözülməz istilərin təsiri altında keçdi. Bu, ağlasığmaz bir şey idi. Biz insan gücünün sərhədlərindən kənara çıxmalı olduq”.

O əlavə edib ki, komanda bu çətinliklərə baxmayaraq, nəticə qazanmaq üçün iradə və ehtirasla mübarizə aparıb:

“Oradakı italiyalı immiqrantların bizimlə fəxr etdiyini hiss edirdik. Bu, maneələri aşmaq üçün əlavə motivasiya idi”.

Həmin çempionatın finalında İtaliya millisi Braziliya yığmasına penaltilər seriyasında məğlub olmuşdu. Bacco isə həlledici penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi:

“Penaltini qaçırdığım an ölmək istəyirdim. Həmin an məhz belə hiss var idi”.

2026-cı ildə dünya çempionatı yenidən ABŞ-da, həmçinin, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button