“Bacarığımızı göstərə bilmədik” – De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq”.
Mütəxəssis son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib: “İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq”.
İtalyan baş məşqçi futbolçuların nədən çəkindiyini söyləyib: “Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”.
De Byazi futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb: “Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik”.
O, Avropa çempionatına qatılmaq üçün pley-off şanslarının davam etməsi barədə danışıb:
“Bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq”. (gülür)
Akif Əhmədov
Bizi Facebook-da izləyin