“Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konransında bunları söyləyib:
“Qarabağ” böyük komandadır. Onlara qarşı oynamaq zövq verir. İlk oyunda da, bu gün də “Qarabağ” bizdən qat-qat üstün idi. Amma şans biz tərəfdə idi. Lazımi vaxtda qolları vura bildik və üstünlüyü ələ aldıq. Rəqibin Avropa Liqası oyunundakı yorğunluğu da bizim üçün müsbət hal oldu. “Qarabağ” çox qaça bilmədi.
Komandanı oyundan oyuna kökləyirik. Heyətimiz o qədər də geniş deyil. Bu gün avrokuboklara vəsiqə qazanmaq çox çətindir. Çalışırıq hər oyunda nələrisə yaxşı edək. Cücəni payızda sayarlar. Biz işimizi görəcəyik. Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik.
Oyundan sonra uşaqlara dedim ki, işimiz daha da çətinləşir. Bu gün böyük şeylər haqda danışmağa dəyməz. Gündəlik işimizi görməliyik. Düzgün iş gördükcə nəticə də gələcək. Böyük bir şey etməmişik. Şans biz tərəfdə idi. Səbrli müdafiə olunduq. Rəqib qol vursaydı, tam fərqli şey ola bilərdi”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin