Babək Quliyev Macarıstan millisinin oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Macarıstan oyununun hakim inspektoru olacaq.
Qarşılaşma martın 26-da, saat 18:00-da Qazaxıstanın Almatı şəhərindəki “Almaty Ortalyk” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin