Babək Quliyev UEFA-dan 3 oyuna təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək.

Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə – Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

10-cu qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button