“Bəziləri ikinciliyə razı ola bilər, amma mən yox” – Konte
İtaliya A Seriyasının 35-ci turu çərçivəsində “Fiorentina” ilə 0:0 hesablı bərabərliyə razılaşan “İnter”in baş məşqçisi Antoni Konte açıqlama verib.
Komanda.az xəbər verir ki, mütəxəssis, oyunla və klubun turnir cədvəlində yeri ilə bağlı bunları deyib:
“Yaxşı oyun oldu, intensiv və doğru ötürmələrlə oynadıq. “Fiorentina” müdafiədə çox yaxşı çıxış etdi. Xal itiririksə, demək yanlış olan şeylər var. Hər bir oyun inkişaf etdiyimizi göstərmək üçün bir testdir. Futbolçuların zehniyyəti üzərində çalışırıq. Onlar bu nəticədən məyus olsalar, sevinərəm, çünki bu, əməyimizin bəhrəsini göstərir. Düşünürəm ki, layiq olduğumuzdan az xal toplamışıq. İkincilik mənim üçün mənasızdır, bu, məğlublar arasında ilk pillədir. Bəziləri ikinciliyə razı ola bilər, amma mən yox. Futbolçularımın da buna razı olmasını istəmirəm”.
35 turdan sonra 73 xal toplayan “İnter” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin