“Mbappe və Vinisiusun bir-birinə güvənmədiyi görünürdü” – Rivaldo

“Barselona”nın keçmiş futbolçusu Rivaldo “Real”ın hücumçuları Vinisius Junior və Kilian Mbappenin qarşılıqlı münasibəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, hər iki futbolçunun bir-birinə güvənmədiyini düşünür:

“Bəzi oyunlarda Mbappe və Vinisiusun bir-birinə güvənmədiyi görünürdü. Həqiqətən də, onların arasında nəsə varsa, bu, bir daha təkrarlanmasa yaxşıdır. Onlar öz aralarında razılaşmalıdırlar. Bu yolla onlar problemlərdən qaça bilərlər, çünki onlar böyük klubda oynayan böyük oyunçulardır”.

Karlo Ançelottinin yetirmələri İspaniya çempionatının dörd turundan sonra 8 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button