“Bəzi komanda yoldaşlarımın valideynlərindən də yaşlıyam”

“Barselona”nın hücumçusu Robert Levandovski gənc komanda yoldaşları barədə fikirlərini bölüşüb.

Polşalı forvard klubun ən yaşlı futbolçusudur. Komandanın bəzi üzvləri ondan təxminən 20 yaş kiçikdir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı oyunçu bəzi komanda yoldaşlarının valideynlərindən də yaşlı olduğunu deyib:

“O yaşda necə olduğumu, nələrlə məşğul olduğumu xatırlayıram və onları özümlə müqayisə etmək çətindir. İndi bəzi komanda yoldaşlarımın valideynlərindən də yaşlıyam. Gənc oyunçular mənə ata kimi baxırlar, bu həm maraqlıdır, həm də əladır”.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button