“Mançester Siti”də düşündüyümdən daha çox qaldım” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müasir futbolda məşqçilərə həddən artıq təzyiq olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırkı klubunda çox qaldığını da bildirib:
“Bütün məşqçilərə tələblər yüksəkdir və hər kəs təzyiqi fərqli şəkildə idarə edir. Hər kəsin enişi və yüksəlişi olur.
Mən “Mançester Siti”də düşündüyümdən daha çox qaldım. Klub rəhbərliyi nə vaxt yorulduğumu və ya pis əhval-ruhiyyədə olduğumu bilir. Bəzən özünü supermen və ideal kimi göstərməlisən”.
“Şəhərlilər” 62 xalla Premyer Liqanın turnir cədvəlində üçüncü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin