
“Bəzən emosiyaları saxlamaq olmur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Uduzmaq istəmirdilər. Bu, meydandakı mübarizədən görünürdü. Yaxşı oyun oldu. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox yaxşı oyun ab-havası yaratmışdılar. “Neftçi”yə uğular arzu edirəm.
Bu cür oyunlarda sərt hərəkət etmək olmaz. Medina “Neftçi” azarkeşlərinin münasibətinə hirslənmişdi. Başa düşürəm ki, bəzən emosiyaları saxlamaq olmur. Ancaq hər bir halda bu, kollektiv oyunudur. Futbolun ən gözəl yanı budur ki, Medina “qırmızı” aldı, lakin biz 10 nəfərlə qələbə qazandıq”.
Nəzrin
Bizi Facebook-da izləyin