Bəybalayev üçün 59 dəqiqə və 1 xal

Futbol üzrə Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Samqurali” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 12 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button