Bəybalayev ehtiyatda qaldı, komandası uduzdu
Futbol üzrə Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçu bu dəfə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin