Silva: “Bəxt “Aston Villa”nın yanında idi”

“Fulhem”in baş məşqçisi Marko Silva “Aston Villa”ya məğlubiyyəti (1:3) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ikicini hissədə düzgün oynadıqlarını bildirib:

“İkinci hissədə öz keyfiyyətlərimizi göstərərək, düzgün oynadıq. Bədbəxtlik adlandır bilməyəcəyimiz bəzi detallar var. Bəxt “Aston Villa”nın yanında idi. Daha bir avtoqol… İkinci qol zamanı isə iki futbolçumuz top uğrunda mübarizə aparırdı. Bu, baş verməməlidir. Üçüncü qolun epizodunda da topu çox asanlıqla rəqibə verdik”.

“Fulhem” İngiltərə Premyer Liqasında 12 turdan sonra 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button