“Monako” rəsmisindən Falkao ilə bağlı açıqlama
Fransanın “Monako” klubundan komandanın hücumçusu Radamel Falkaonun gələcəyi ilə bağlı açıqlama verilib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klubdakı gələcəyi sual altında olan 33 yaşlı futbolçu haqqında danışan “knyazlıq klubu”nun idman direktoru Oleq Petrov, bunları deyib:
“Falkaonun klubla daha bir illik müqaviləsi var. O, bizim üçün çox vacib futbolçudur. Gördüyüm qədəriylə hazırda Falkao da nə etmək lazım olduğunu düşünür.
Radameli təkcə Çindən deyil, Avropadan da istəyən klublar var. Nə olacağını görəcəyik. Bəlkə də, o, mövsümü burda bitirəcək”.
Çin klublarından təklif alan futbolçunun “Atletiko”nun da hədəfində olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin