“Bu, mənim son dünya çempionatım olacaq”
Braziliyalı futbolçu Marta etiraf edib ki, qarşıdan gələn dünya çempionatı onun karyerasında sonuncu olacaq.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, məşhur hücumçu artıq başqa şeylərə diqqət yetirmək zamanı gəldiyini bildirib:
“Bəli, bu, mənim son dünya çempionatım olacaq. Başa düşürəm ki, artıq başqa şeylərə üstünlük vermək və diqqət yetirmək vaxtıdır. Sadəcə, bütün bu illəri milli komandada keçirdiyimə görə minnətdar olmalıyam. Başqa bir dünya çempionatına – altıncısına getmək imkanı mənim üçün sürreal bir şeydir”.
37 yaşlı Marta 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə FİFA tərəfindən ilin ən yaxşı qadın futbolçusu seçilib. O, 2002-ci ildən Braziliya millisində çıxış edir və komandanın heyətində 163-dən çox oyun keçirib, 112 qol vurub.
Bizi Facebook-da izləyin