Bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürdü
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib.
Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışda fərdi gimnastlar gənclər (2007-2009-cu il təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Qaliblər həm ayrı-ayrı alətlərdə – top, halqa, gürzlər, lent, həm də, çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günündə gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günündə isə alətlər üzrə final mərhələləri keçiriləcək.
Turnirdə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, “Grasiya” İK, Respublika Kompleks İdman Məktəbi, Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı yarışacaq.
İki illik fasilədən sonra xüsusi karantin rejimində yumşalma tədbirləri ilə əlaqədar azarkeşlər yarışları izləmək imkanı əldə edəcəklər.
Bizi Facebook-da izləyin