“Bəzi oyunçular istəksiz idi, amma uğursuzluğun əsas günahkarı mənəm”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Oyun haqda danışmaq çətindi. Rəqib bizdən yaxşı oynadı. İstəkli idilər və sona qədər döyüşdülər. Bizim futbolçular daha təcrübəli idilər. Ancaq şanslardan yararlana bilmədilər. İkinci hissənin əvvəlində buraxdığımız qoldan sonra bir az yavaşladıq.
- Heyəti güclü “Sabah”ın istəyi niyə az idi?
- Şanslarımız oldu, ancaq yararlana bilmədik. Ad çəkmək istəmirəm, amma bəzi oyunçular istəksiz idi.
- “Sabah”da hansısa dəyişikliklər gözlənilirmi?
- Baş məşqçi ilə bağlı rəhbərlik qərar verir. Bu barədə söhbətimiz olacaq.
- Komandanın oyunu və digər məsələlərlə bağlı dəyişiklik planınız varmı?
- 30-40 faiz dəyişiklik olacaq.
- Komandanın özünə gəlməyi üçün nə lazımdı?
- Oyunun taktikasında dəyişiklik lazım deyil. Sadəcə, bir qələbə lazımdı ki, oyunçular özünə gəlsin.
- Komandanın uğursuzluğunda əsas günahkar kimdi?
- Mənəm, futbolçular günahkar deyil.
- Ötən il daha sanballı komanda var. Ancaq bu mövsüm uğursuzsuz. Sizcə, komandada lider oyunçunun olmaması nəticələrə təsir edirmi?
- İrəlidə qol vuran futbolçu yoxdu. İki hücumçumuz bizə gec qoşuldu. Uyğunlaşmaq üçün zaman lazımdı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin