“Bəzən elə olur ki, top qapıya getmək istəmir” – “Qarabağ”ın hücumçusu
“Qarabağ” sabah Avropa Liqasının 2-ci turunda İsveçin “Malmö” klubu ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Juninyo oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, “Qarabağ”ı çox önəmli oyun gözlədiyini deyib:
“Bizi çox önəmli oyun gözləyir. Bütün ölkə üçün, azarkeşlər üçün vacib oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq və azrkeşlərimizi sevindirək.
Artıq üç oyundur avrokuboklarda qol vura bilmirəm. Bunun da bir yolu var ki, məşqlərdə çox çalışıb, öhdəsindən gələm. Bu baxımdan da baş məşqçimizin dəstəyini, köməyini həmişə hiss edirəm.
Çempionlar Liqası nüfuzlu turnirdir. Mən də həmişə arzulamışam bu turnirdə çıxış edim. Amma Avropa Liqasına da eyni yanaşıram. Bəzən elə olur ki, top qapıya getmək istəmir. Bayaq da qeyd etdim ki, bu baxımdan baş məşqçimiz də mənə çox kömək edir. Və çalışıram ki, qollar vurum. Amma alınmayanda alınmır. Juninyo dəyişilməyib, həmin Juninyodur. Özümdə heç bir fərq hiss etmirəm. Çalışıram ki, qol vurmaqdan daha çox, komandama faydalı olum”.
“Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin