Keyn: “Mən yaxşıyam, amma topuğum bir az narahat edir”
“Bayern”in hücumçusu Harri Keyn “Bayer”lə görüşün sonunda aldığı zədədən sonra durumundan danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, zədəsinin ciddi olmadığını düşünür:
“Bəzən belə bir şeyə görə meydandan qovulurlar. Mən yaxşıyam, amma topuğum bir az narahat edir. Sabah müayinə olunacam, hər şey qaydasındadır. Düşünmürəm ki, çox şeyi əldən verə bilərəm”.
“Bayern” – “Bayer” matçı 1:1 hesabı ilə başa çatıb. Bu oyundan sonra Münhen klubu turnir cədvəlində birinci, Leverkuzen təmsilçisi isə üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin