Bəxtiyarlı “Tuzlaspor” doğma meydanda 3 qola sevindi
Türkiyənin 1-ci liqasında 12-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Girəsunspor”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
“Tuzlaspor” hesabındakı 10 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin