“Bəlkə də, Bekhem mənə zəng edər” – Rakitiç
“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç açıqlama verib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, MLS-də çıxış edə biləcəyini bildirib:
“ABŞ-da futbol getdikcə daha da məşhurlaşır. Bu, sevindiricidir. Artıq bir MLS oyunu görəndə, “bunu izləmək istəyirəm” deyə bilirsiz. Karyeramı MLS-də davam etdirmək fürsətim ola bilər. Bəlkə də, Devid Bekhem mənə zəng edər”.
Bekhem “İnter Mayami” klubunun sahibidir.
Rakitiçin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yazında bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin