“Bəlkə də, bir gün bu mükafatı qazanacam, amma…” – Ter Ştegen
İspaniyanin “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen komanda yoldaşı Lionel Messinin qalib olduğu “qızıl top” mükafatı ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Messi ilə bağlı danışan alman qapıçı, bunları deyib:
“Onun futbolda keçirəcəyi hələ çox illəri var. O, bütün həyatını futbola həsr edib. Buna görə də, bu mükafata hamıdan daha çox layiq idi. Messinin uzun müddət “Barselona”da qalmasını istəyirik. Motivasiyalı və istəkli olduğu müddətdə, o, bizimlə qalacaq”.
İlin ən yaxşı qapıçısı mükafatına namizəd olan Ter Ştegen, “Liverpul”un qapıçısı Alisson Bekkerin qazandığı bu mükafatla bağlı da danışıb:
“Bəlkə də, bir gün bu mükafatı qazanacam, amma hazırda məni narahat edən əsas məsələ matçlara köklənmək, ən yaxşı oyunumu meydanda göstərmək və komandama kömək etməkdir”.
Bizi Facebook-da izləyin