UEFA prezidenti Bakı finalı haqda: “Bəli, final matçında stadion tam dolmamışdı”

UEFA prezidenti Aleksandr Çeferin Bakıda keçirilən Avropa Liqasının final oyunu ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Çeferin, “Çelsi” ilə “Arsenal” arasında baş tutan final matçının (4:1) Bakıda keçirilməsinə olan etirazlar haqqında danışıb:

“Avropa Liqasının final matçını Bakıda keçirməyin səhv qərar olduğunu düşünmürəm. Futbol özü inkişafdır. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirmək istəyirik.

İnsanlar matçdan sonra stadionun tam dolmadığını deyirdilər. Bəli, final matçında stadion tam dolmamışdı. Oyuna ümumlikdə 51 min 370 nəfər gəlmişdi”.

Çeferin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanla bağlı da danışıb:

“Mxitaryan məsələsinə gəlincə, biz Azərbaycanın futbol federasiyasının və hökumətinin bütün zəmanətlərini almışdıq. Buna baxmayaraq, futbolçunun Bakıya getməməsi ilə bağlı qərarına da hörmətlə yanaşırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button