Bəhlul Mustafazadənin cəzası məlum oldu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 7-ci turunun “Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın 7-ci turunun “Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.
Premyer Liqanın 7-ci turunun “Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində “Sabah” klubunun futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Birinci divizionun 6-cı turunun “Qarabağ-2” – “Neftçi-2” matçında “Qarabağ-2” klubunun 4, “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub.
Birinci divizionun 6-cı turunun “Keşlə-2” – “Turan Tovuz” matçında “Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 58-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Sənan Qocayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Birinci divizionun 6-cı turunun “Zaqatala” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” klubunun heyətində meydançaya daxil olan futbolçunun mayka nömrəsi oyunun protokolunda göstəriləndən fərqli olduğuna görə klub 80 manat cərimə olunub.
Bizi Facebook-da izləyin