“Bədənim olanlara əvvəlki qədər reaksiya vermir” – Di Mariya
Argentinalı yarımmüdafiəçi Anxel Di Mariya səhhəti ilə bağlı danışıb.
Komanda.az “zerozero”-ya istinadən xəbər verir ki, o, özünə hakim ola bilmədiyi üçün zədələrə məruz qaldığını deyib:
“Həyatım hər zaman belə olub: heç vaxt gəzintilərdə olmamışam. Hazırda 35 yaşım var, lakin 20 yaşımda olduğu kimi qaçmaq istəyirəm.
Bədənim olanlara əvvəlki qədər reaksiya vermir. Amma beynimdə hər şey qaydasındadır. Özümə hakim ola bilmədiyim üçün zədələr yaşadım. Başım isə həmişə irəliyə addım atmağa çalışır”.
Di Mariya iyunun 6-da “Yuventus”dan ayrıldığını açıqlayıb.
O, 2022/23 mövsümündə Turin təmsilçisinin heyətində 40 oyuna çıxıb, səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin